Türk Hava Yolları (THY) uçuş şəbəkəsini genişləndirməyə davam edir.
Bu barədə QİA.AZ “THY”nın mətbuat xidmətinə istinadən xəbər verir.
Bildirilir ki, ötən gün aviaşirkət İstanbuldan Dallasa (Texas ştatı) ilk uçuşunu həyata keçirərək ABŞ-dakı istiqamətlərin sayını 11-ə çatdırıb. ABŞ-ın dördüncü böyük şəhərinə uçuşlar həftədə dörd dəfə – bazar ertəsi, çərşənbə, cümə və bazar günləri baş tutacaq.
Qeyd olunur ki, uçuşlar yeni nəsil “Boeing-787 9 Dreamliner”vasitəsi ilə həyata keçiriləcək.