Pandemiya bütövlükdə dünyada turizm sahəsinə ciddi ziyan vurub.
QİA.AZ xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşdə deyib.
“2019-cu ildə 6,8 milyon, 2020-ci ildə 1,5 mln, bu ilin 9 ayında isə 2,5 milyon rusiyalı turist Türkiyəyə səfər edib. Vəziyyət düzəlir”, – V.Putin qeyd edib.
Türkiyə Prezidenti pandemiya dövründə Rusiyadan ölkəsinə səfər edən turistlərə görə rusiyalı həmkarına təşəkkürünü bildirib.