Türkiyədə son sutkada koronavirusdan 31 018 nəfər sağalıb

Türkiyədə son 24 saat ərzində yeni növ koronavirusdan (COVİD-19) daha 227 nəfər vəfat edib.

QİA.AZ-ın məlumatına görə, bu barədə Türkiyənin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, ölkədə koronavirus infeksiyasının müəyyən edilməsi ilə əlaqədar 355 442 nəfər test edilib, 29 386 yeni yoluxma halı qeydə alınıb.

Qeyd edilib ki, ötən gün koronavirusdan 31 018 nəfər sağalıb.

Oxşar Xəbərlər