İspaniya milli komandasının və “Real Madrid” klubunun futbolçusu Serxio Ramos zədələnib.
“QİA.AZ”ın məlumatına görə, 34 yaşlı müdafiəçi Almaniya ilə hazırda davam edən UEFA Millətlər Liqasının VI tur matçının 42-ci dəqiqəsində sağ baldırının arxa ətrafından xəsarət alıb. Nəticədə kapitan meydanı tərk edib və yerini Erik Qarsiyaya verib.
Bu, Ramosun yığmada 178-ci oyunu olub. Təcrübəli futbolçu sözügedən göstəricidə Küveyt millisinin sabiq hücumçusu Bader əl-Mutvaya çatıb. O, yalnız omanlı Əhməd Mübarəkə (179 oyun) və misirli Əhməd Həssənə (184 oyun) uduzur.
Qeyd edək ki, hazırda İspaniya Almaniyanı 5:0 hesabı ilə məğlub edir.