“ABŞ-la strateji sabitlik mövzusunda ən pis ssenariyə hazırıq, amma, əlbəttə, ən yaxşısına ümid edirik”.
“QİA.AZ” “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov Cenevrədə keçirilən beynəlxalq konfransda ABŞ-la münasibətlərdən danışarkən deyib.
Qeyd edək ki, bu gün Cenevrede strateji sabitlik və silahlara nəzarət mövzusunda beynəlxalq konfrans başlayıb.