İtaliyanın Milan şəhərində 63 il bir yerdə yaşamış ər-arvad koronavirusdan eyni gündə ölüb.
Bu barədə “QİA.AZ” “l’Eco di Bergamo” qəzetinə istinadən xəbər verir.
Vinçenso və Olqa Molino Milan ətrafındakı Sesto-San-Jovannidə yaşayıblar. Onlar hələ 17-18 yaşlarında Apulinin cənubunda tanış olublar və 1957-ci ildə Milana köçüblər.
Cütlüyün altı nəvəsi var. Nəvələrdən biri nəşrə bildirib ki, qocalar sentyabrın sonunda toylarının 63-cü ildönümünü qeyd ediblər.
Onun sözlərinə görə, 83 və 82 yaşlı qocalar on gün xəstə olublar. Onlarda yüksək hərarət müşahidə edilib. Cütlük noyabrın 11-də Monsı şəhərinin xəstəxanasına aparılıb. Koronavirusun aşkarlandığı Vinçenso və Olqa Molino xəstəxananın müxtəlif palatalarına yerləşdiriliblər. Nəşr qeyd ediib ki, Olqa ərini özünə yaxın hiss etmək üçün onun pencəyinin palataya gətirilməsini xahiş edib. Cütlük 1 saat fərqi ilə dünyadan köçüb.