Azərbaycan neftinin maya dəyəri açıqlanıb

2020-ci ildə 1 ton neftin istehsal maya dəyəri 118,85 manat təşkil edib və keçən ilin müvafiq dövrü ilə müqayisədə 4,97 manat və ya 4 % azalıb.

Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) illik hesabatında qeyd olunub.

Şirkət üzrə neftin hasilatına çəkilən cəmi istehsal xərclərinin tərkibində material xərclərinin xüsusi çəkisi 3,4%, əmək haqqı xərcləri 16,4%, sosial sığortaya ayırmalar 3,4%, amortizasiya ayırmaları 19,5 %, təmir xərcləri 9,1 %, texniki xidmət xərcləri 5,1%, nəqliyyat xərcləri 15,4%, mədən vergisi 8,1%, digər vergilər 5,7% və s. təşkil edir.

Neftin nəqli və İstehsalat birliyinin digər xərcləri də nəzərə alınmaqla 1 ton neftin tam maya dəyəri 153,56 manat təşkil etdib.

Neftin maya dəyərinin azalması keçən ilə nisbətən material xərclərinin, elektrik enerjisi xərclərinin, əsaslı təmir və texniki xidmət xərclərinin, nəqliyyat xərclərinin, mədən vergisi, digər xidmətlər üzrə xərclərin azalması hesabına baş verib. Belə ki, material xərcləri 5 121 min manat (15,2%), elektrik enerjisi xərcləri 1 349 min manat (17,6%), əsaslı təmir və texniki xidmət xərcləri 25 795 min manat (17,8%), nəqliyyat xərcləri 15 656 min manat (10,8%), mədən vergisi 2 711 (3,9%), digər xidmətlər 6 150 min manat (10,5%) azalıb.

Oxşar Xəbərlər