Azərbaycanın yunan-Roma güləşçisi Rafiq Hüseynov Norveçin paytaxtı Oslodakı dünya çempionatında yarımfinal görüşünə çıxıb.
QİA.AZ-ın məlumatına görə, 82 kq-da yarışan idmançı finala vəsiqə uğrunda rusiyalı Adlan Akiyevlə üz-üzə gəlib.
Qarşılaşmadan 2:0 hesabı ilə qalib ayrılan Tokio olimpiadasının bürünc medalçısı həlledici raunda yüksəlib. Hüseynov finalda türkiyəli Burhan Akbudakla qüvvəsini sınayacaq.