AQTA bir neçə restoranı cərimələyib

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) pandemiya dövrünün tələblərinə, bu sahədə müvafiq qanunvericiliyin icrasına, həmçinin yeni növ koronavirusun (COVID-19) profilaktikasına dair Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin icrasına nəzarət məqsədilə ictimai iaşə obyektlərində reydləri davam etdirir.

AQTA-dan QİA.AZ-a verilən məlumata görə, nəzarət tədbirləri çərçivəsində 2021-ci il oktyabrın 7-də ölkə üzrə 368 ictimai iaşə obyektində 620 monitorinq keçirilib. Monitorinqlər zamanı müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub. Aşkar edilmiş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.

Pozuntular aşkar edilmiş ictimai iaşə müəssisələri aşağıdakılardır:

1. Bakı şəhəri, Xəzər rayonu, Almaz İldırım küçəsində yerləşən, fiziki şəxs Orucov Elbrus Seyfəddin oğluna məxsus çay evi;

2. Bakı şəhəri, Səbail rayonu, Mikayil Müşviq 23 ünvanında yerləşən, fiziki şəxs Camalov Yavər Ələddin oğluna məxsus kafe;

3. Bakı şəhəri, Səbail rayonu, Mikayıl Müşfiq küçəsində yerləşən, fiziki şəxs Abbasov Vüqar Duman oğluna məxsus kafe;

4. Bakı şəhəri, Səbail rayonu, Mikayıl Müşfiq küç., ev 1 ünvanında yerləşən, fiziki şəxs Əhmədov Anar Məhəmmədəli oğluna məxsus kafe;

5. Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küç., ev 2 ünvanında yerləşən, fiziki şəxs Mikayılov Vaqif Mikayıl oğluna məxsus “Köz Dönər Tantuni” kafesi;

6. Bakı şəhəri, Nərimanov rayonu, Atatürk pr., ev 6A ünvanında yerləşən, fiziki şəxs Xancanlı Asif Vidadi oğluna məxsus “Karvan” kafesi.

Qeyd edək ki, AQTA tərəfindən Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən ictimai iaşə obyektlərində monitorinqlərin miqyası genişləndirilib. Hazırda AQTA müfəttişləri tərəfindən respublika üzrə monitorinqlər davam etdirilir və qaydalara əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcəkdir.

Oxşar Xəbərlər