Azərbaycanın yunan-Roma güləşçi Murad Məmmədov Norveçin paytaxtı Oslodakı dünya çempionatında yarımfinal görüşünə çıxıb.
QİA.AZ-ın məlumatına görə, 60 kq çəki dərəcəsində mübarizə aparan idmançı Fərdi Dünya Kubokunun qalibi Jolaman Şarşenbekovla (Qırğızıstan) üz-üzə gəlib.
Məmmədov rəqibinə 2:4 hesabı ilə məğlub olub. O, sabah bürünc medal uğrunda qarşılaşmaya qatılacaq.