Baş Prokurorluq Vətən müharibəsi zamanı itkin düşmüş daha bir hərbi qulluqçunun nəşinin Hadrutda tapılması ilə bağlı məlumat yayıb.
Qurumdan QİA.AZ-a daxil olan məlumatda deyilir:
“Baş Prokurorluğun Mətbuat xidmətinə daxil olmuş sorğuya cavab olaraq bildiririk ki, itkin düşmüş daha bir hərbi qulluqçunun – gizir Əliyev İxtiyar İlqar oğlunun meyiti tapılaraq şəxsiyyəti müəyyən edilmiş, növbəti gün ərzində meyitin ailə üzvlərinə verilməsi təmin ediləcəkdir”.