Nəqliyyatdan atılan zərərli qazlarla atmosferin çirkləndirilməsinin qarşısının alınması məqsədilə İsmayıllı Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşları tərəfindən rayon ərazisində nəzarət-profilaktik tədbirlər keçirilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan “QİA.AZ”a verilən məlumata görə, tədbir zamanı nəqliyyat vasitələri saxlanılıb və onların atmosferə buraxdıqları zərərli qazların miqdarı xüsusi cihazlar vasitəsilə yoxlanılıb. Yoxlama zamanı bəzilərinin atmosferə normadan artıq tullantı ixrac etdiyi aşkarlanıb.
Yol polisi əməkdaşları ixrac qazlarının normalara uyğunlaşdırılmasını təmin etdikdən sonra avtomobillərdən istifadə etməli olduqlarını sürücülərin diqqətinə çatdırıb. Standartlara cavab verməyən nəqliyyat vasitəsi idarə edən şəxslər barəsində protokol tərtib olunub.