Türk Şurasının baş katibi Azərbaycanı təbrik edib

Türk Şurasının hazırkı sədri, təsisçi üzvümüz Azərbaycanın müstəqilliyinin 30-cu ildönümü münasibətilə qardaş Azərbaycan xalqını və hökumətini təbrik edirik.

Bu barədə Türk Şurasının baş katibi Bağdad Amreyevin təbrik məktubunda deyilir.

B.Amreyev ötən il 18 oktyabrla bağlı təbrik məktubunda bütün türk dövlətlərinin Vətən müharibəsində Azərbaycan xalqının yanında olduğunu və Azərbaycanın ərazi bütövlüyünü bərpa etmək üçün beynəlxalq hüquqa uyğun olaraq həyata keçirdiyi mübarizəsini dəstəklədiyini xatırladıb:

“Şükürlər olsun ki, bu il 18 oktyabrı Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan ordusu tərəfindən yazılmış şanlı tarixə şahidlik etməklə, qürur və xoşbəxtliklə qeyd edirik. Azərbaycanın son 30 ildə qət etdiyi yol, siyasi, iqtisadi və sosial sahələrdə əldə etdiyi inkişaf, regionda və regiondan kənarda sülh, təhlükəsizlik və sabitliyin təmin olunmasında oynadığı rol təkcə türk dövlətləri tərəfindən deyil, həm də bütün dünya tərəfindən təqdir olunur”.

B.Amreyev Azərbaycanın Türk Şurasına sədrliyi bu ilin noyabrında Türkiyəyə təhvil verməyə hazırlaşdığını xatırladıb və iki illik rəhbərlik dövründə uğurlu fəaliyyətinə görə Azərbaycan hökumətinə təşəkkürünü bildirib.

Oxşar Xəbərlər