44 günlük Vətən müharibəsinin xronikası: 20 oktyabr

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraq Azərbaycan Ordusu sonradan “Dəmir yumruq” adlandırılan əks-hücum əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi təxminən otuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə nəticələndi.

QİA.AZ Vətən müharibəsinin xronikasını təqdim edir.

– Prezident İlham Əliyev xalqa müraciət edib.

– Prezident İlham Əliyev xalqa müraciətində Zəngilan şəhəri və 24 kəndin işğaldan azad olunduğunu bildirib.

– Prezident İlham Əliyev Xocavənd rayonunun isğaldan azad edilən Vəng kəndinə Çinarlı adı verib.

– Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva instaqram hesabında Füzuli, Cəbrayıl, Xocavənd və Zəngilan rayonlarının bir sıra kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad olunması münasibətilə bağlı paylaşım edib.

– Azərbaycan Bayrağı Zəngilan şəhərinə sancılıb.

– Düşmənin zirehli texnikaları məhv edilməsinin videogörüntülərini yayılıb. Düşmənin məhv edilən hərbi texnikalarının siyahısı açıqlanıb. Ermənistan muzdlulardan ibarət “Legion” dəstəsi döyüşməkdən imtina edib.

– Ermənistan silahlı qüvvələri Tərtər və Ağdam rayonlarının ərazilərini atəşə tutub, 2 mülki şəxs həlak olub.

– Düşmənin xeyli sayda canlı qüvvəsi və hərbi texnikası məhv edilməsinin videogörüntüləri yayılıb.

– Gəncə istiqamətində Ermənistanın PUA-sı məhv edilib.

– Ermənistan silahlı qüvvələrinin Qubadlı istiqamətindəki bölmələri məhv edilməsinin videogörüntüləri yayılıb.

Oxşar Xəbərlər