Gender bərabərliyi ilə bağlı illik hesabat Milli Məclisə təqdim ediləcək

“Gender bərabərliyinin təmin edilməsinə nəzarəti həyata keçirən icra hakimiyyəti orqanının növbəti illik məlumatı hazırlanır. Sənəd Milli Məclisə təqdim ediləcək”.

“QİA.AZ”ın xəbərinə görə, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Yeni Azərbaycan Partiyasının mərkəzi qərargahında keçirilən “Gender bərabərliyinin və qadın hüquqlarının təşviqində vətəndaş cəmiyyətinin rolu” adlı konfransda çıxışı zamanı deyib.

Oxşar Xəbərlər