44 günlük Vətən müharibəsinin xronikası: 21 oktyabr

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraq Azərbaycan Ordusu sonradan “Dəmir yumruq” adlandırılan əks-hücum əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi təxminən otuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə nəticələndi.

QİA.AZ Vətən müharibəsinin xronikasını təqdim edir.

– Prezident İlham Əliyev özünün rəsmi “Twitter” səhifəsində Azərbaycan Ordusunun Cəbrayıl rayonunun daha beş kəndini işğaldan azad edilməsi ilə bağlı paylaşım edib: “Cəbrayıl rayonunun Bələnd, Papı, Tulus, Hacılı, Tinli kəndlərini işğaldan azad etmişdir. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!”

– Prezident İlham Əliyev Azərbaycan Ordusunun Füzuli rayonunun daha üç kəndini işğaldan azad edilməsi ilə bağlı paylaşım edib: “Rəşadətli Azərbaycan Ordusu Füzuli rayonunun Gecəgözlü, Aşağı Seyidəhmədli, Zərgər kəndlərini işğaldan azad edib.”

– Prezident İlham Əliyev Azərbaycan Ordusu Zəngilan rayonunun Mincivan qəsəbəsi və 13 kəndinin işğaldan azad edilmısi ilə bağlı paylaşım edib: “Rəşadətli Azərbaycan Ordusu Zəngilan rayonunun Mincivan qəsəbəsi, Xurama, Xumarlı, Sarıl, Babaylı, Üçüncü Ağalı, Hacallı, Qırax Müşlan, Üdgün, Turabad, İçəri Müşlan, Məlikli, Cahangirbəyli, Baharlı kəndlərini işğaldan azad etmişdir. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!”

– Prezident İlham Əliyev Yaponiyanın “Nikkei” qəzetinə müsahibə verib.

– Müdafiə Nazirliyi cəbhədəki son vəziyyətlə bağlı məlumat yayıb. Düşmənin artilleriya rəisi, divizion komandiri və tabor komandiri məhv edilib. Ermənistan silahlı qüvvələrinin 556-cı alayının taboru sıradan çıxarılıb.

Müdafiə Nazirliyi Ordumuzun artilleriya atışlarının videogörüntülərini yayıb.

– Cəbrayıl rayonunun işğaldan azad olunan Çərəkən kəndinin videogörüntüləri yayılıb.

– Ermənistanın növbəti PUA-sı məhv edilib. Düşmənin atıb qaçdığı növbəti hərbi texnikaların videogörüntüləri yayılıb.

– Ermənistana məxsus daha 3 PUA məhv edilib.

– Ermənilər cəbhə bölgəsində vəziyyəti gərginləşdirməkdə davam edib.

Oxşar Xəbərlər