Azərbaycan BOKT-larının xalis mənfəəti 2 dəfəyə yaxın azalıb

Azərbaycandakı bank olmayan kredit təşkilatları (BOKT) bu ilin yanvar-sentyabr aylarını 5,6 milyon manat xalis mənfəətlə başa vurub.

QİA.AZ”  Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 46,7% və yaxud təxminən 2 dəfə azdır. 

9 ay ərzində BOKT-ların gəlirləri 61,9 milyon manat (illik müqayisədə 2,8% çox), xərcləri 42,9 milyon manat (10,3% çox), xüsusi ehtiyatlara ayırmaları 11,9 milyon manat (46,9% çox), mənfəət vergisi ödəmələri isə 1,5 milyon manat (44,45% az) təşkil edib.

Bu il oktyabrın 1-nə BOKT-ların aktivləri 358,9 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 8,3% çoxdur. Bunun 258,1 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə sektorun kredit portfeli 9,7% böyüyüb.

Hesabat dövründə BOKT-ların öhdəlikləri 12,7% azalaraq 208,9 milyon manata, balans kapitalı isə 2,6% artaraq 150 milyon manata çatıb.

Oxşar Xəbərlər