“Qarabağ”ın rəqibi Qazaxıstan çempionatında liderin dəyişməsinə səbəb olub

Futbol üzrə Qazaxıstan çempionatında XXV turun digər oyunları keçirilib.

QİA.AZ” xəbər verir ki, turun mərkəzi matçında “Kayrat” lider “Astana”nı qəbul edib.

Qarşılaşma Almatı təmsilçisinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Kurban Berdıyevin baş məşqçi olduğu komandanın yeganə qolunu 9-cu dəqiqədə Neboyşa Kosoviç vurub.

Bürünc medalı daha əvvəl təmin etmiş “Kayrat” xallarının sayını 50-ə çatdırıb. 56 xalı olan “Astana” isə məğlubiyyətdən sonra liderliyini itirməli olub.

Çempionluğa iddialı digər komanda “Tobol” Karaqanda “Şaxtyor”unu 4:1 hesabı ilə üstələyib və hazırda 50 xalla birinci pilləyə yüksəlib.

Qeyd edək ki, Qazaxıstan çempionatında sonuncu – XXVI tur oktyabrın 30-da olacaq. “Kayrat” UEFA Konfrans Liqasının qrup mərhələsinin III turunda Bakıda “Qarabağ”a 1:2 hesabı ilə uduzub.

Oxşar Xəbərlər