SİZİNLƏ FƏXR EDİRİK BİZ 

Milli-mənəvi birliyimiz, Vətən oğullarının doğma el-obaya sədaqəti, mərdliyi və mətinliyi 44 günlük müharibədə özünü daha bariz şəkildə göstərdi. Bu oğullar öz xalqının əsrlərin sınağından çıxmış milli xüsusiyyətlərinin mahir daşıyıcılarıdır, onların igidlik nümunələrində xalqın, millətin köklü duyğuları yaşayır. Milli mentalitetimiz, milli ləyaqətimiz məhz xalqın qiymətli potensialı olan  oğulların çiyinlərində yüksəlir.

     Belə igidlərimizdən biri də xüsusi təyinatlı qüvvələrin əsgəri şəhid – İbrahimov Ayaz Sultan oğludur. Torpaqlarımızı erməni tapdağından azad edərkən şəhid olmuş qəhrəmanımızın məzarını və ailəsini ziyarət etdik.

 Ayaz 10 iyun 1998-ci ildə Babək rayonunun Məmmədrza Dizə kəndində dünyaya göz açıb. Orta təhsilini Məmmədrza Dizə kənd tam orta məktəbində təhsil alıb. Anası Gülü xanım deyir ki, Ayaz təhsil aldığı illərdə bir dəfə də olsun onunla bağlı şəikayət gəlməyib bizə. Müəllimləri və məktəbli yoldaşları onun xətrini çox istəyirdilər. “Oğlum mehribanlığı, mərdliyi, mədəniyyəti ilə ətrafındakı insanlarən rəğbətini qazanmışdı. Ayaz yeniyetmə yaşlarında hərbiyə çox marağı var idi. Tez böyüyüb hərbi xidmətə getmək istəyirdi. Deyirdi müharibə başlayan kimi düşməni xalqımıza qarşı etdiklərinə görə cəzalandıracaq”.

Ayaz 2015-ci ildə orta təhsilini başa vurduqdan sonra 2016-cı ildə müddətli həqiqi hərbi xidmətə yollanır. Ayazın hərbiyə olan bağlılığı və düşməndən qisas almaq istəyi onun xidmətini bitirdikdən sonra ordu sıralarına geri qayıtmadını labüd edir. 2018 -ildən Ayaz artıq. Xüsusi təyinatlı qüvvələrin əsgəri kimi vətənə xidmətini davam etdirir. Bir müddət sonra o çavuş rütbəsi alır. Orduda xidməti dövründə Ayaz zabit və əsgər heyətinin hörmətini, güvənini qazanır.

Ailə ilə söhbətimiz əsnasında şəhidin atası Sultan bəyin nəql etdiyi bir hadisə çox maraqlıdır:” Ayaz Vətən müharibəsi başlanmazdan bir neçə gün əvvəl evdə olarkən darbvazanın önündə dayanıb diqqətlə baxdıqdan sonra anasına və mənə dedi ki, ” darvamızın kənar hissəsində yüksəkdə bayraq üçün yaxşı yer göyürəm. Ana mən üç rəngli bayrağımızı azad edəcəyimiz torpaqlarda dalğalandırdıqdan sonra burada da bayrağımız dalğalanacaq”. Elə bil şəhid olacağını əvvəlcədən hiss etmişdi. Bayrağın hara sancılacağını belə seçmişdi”.

  Beləliklə Azərbaycan Ordusunun çavuşu olan Ayaz İbrahimov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi uğrunda başlanan haqq savaşına oktyabr ayının  24 də qatılır.  Vətən müharibəsi zamanı bir çox strateji məntəqələrin, mühüm postların düşməndən təmizlənməsində  xidmətləri olur. Son döyüş olan Şuşanın azadlığı uğrunda gedən əməkiyuatlarda böyük rəşadət nümayiş etdirən Ayaz ibrahimov 9 noyabr 2020-ci ildə Şuşa istiqamətində gedən döyüşlərdə  tapşırığını yerinə yetirilməsi zamanı yaxınlığına düşən minamoyotun qəlpələri ürək nahiyəsinə xəsarət yetirir. Qəhrəman el oğlumuz ordaca şəhadətə yüksəlir. 13 noyabr 2020-ci il tarixdə doğulub, boyabaşa çatdığı kəndində torpağa tapşırılır.

Valideyinləri onunla nə qədər fəxr etsələr azdır. Çünki Ayaz kimi oğullar bu günün haqq işini gələcək nəsillərə saxlamadı. Onlar canları, qanları bahasına düşməni torpaqlarımızdan çıxardı. Ayazın döyüşlərdə göstərdiyi igidliyi və şücaəti diqqətdən yayınmadı.

Belə ki, ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin  Sərəncamına əsasən Ayaz İbrahimov ölümündən sonra “Vətən uğrunda”,döyüş tapşırıqlarını yerinə yerinə yetirən zaman mərdliyin və igidliyin göstərilməsinə görə “İgidliyə görə” və Şuşanın  işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edildi.

 Qürur mənbəyimizə çevrilən  Ayaz İbrahimov kimi şəhidlərimizlə kiçik yaşlı uşaqlarımız, məktəblilərimiz və eləcə də bütövlükdə Azərbaycan fəxr edir. Hər bir vətəndaş “Bu Vətən bizimdir!” deyib canından keçən igid və mərd oğullarını yaxından tanımalı, onların əziz xatirələrini yad edir. Onlar hər an bizim qəlbimizdədir, onlar ürəklərdə yaşayıb, yaşayır və yaşayacaq!

Bəxtiyar ƏLİYEV

Oxşar Xəbərlər