“Yota” qasırğası Nikaraquada 6 nəfərin həyatına son qoydu

“Yota” qasırğası Nikaraquada 6 nəfərin həyatına son qoydu

Nikaraquada “Yota” qasırğasının ölkəyə gətirdiyi leysan yağışlarının səbəb olduğu daşqınlar və torpaq sürüşmələri nəticəsində azı 6 nəfər ölüb.

“QİA.AZ” TASS-a istinadən xəbər verir ki, bu barədə respublikanın vitse-prezidenti Rosario Murilyo bildirib.

O deyib ki, ölənlər arasında çayda boğulan 2 uşaq da var.

“Təhlükə hələ keçməyib, qasırğa ərazini tərk etsə də, yağışlar davam edir, deməli, dağıntı və sürüşmə təhlükəsi artır”, – vitse-prezident söyləyib.

R.Murilyo təbii fəlakətin miqyasını “dəhşətli” təyini ilə ifadə edib: “63 min insan təhlükəli bölgələrdən təxliyyə edilib, müvəqqəti sığınacaqlara yerləşdirilib”.

Oxşar Xəbərlər