Rusiyada son sutkada COVID-19-dan maksimum – daha 1178 ölüm halı qeydə alınıb. Bununla da, Rusiyada koronavirus səbəbindən ümumi ölüm sayı 240 871 nəfərə yüksəlib.
“QİA.AZ” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Rusiyanın Operativ Qərargahı məlumat yayıb.
Bununla yanaşı, ölkədə gün ərzində koronavirusa yoluxanların sayı daha 39 008 nəfər artaraq, 8 593 200 nəfərə yüksəlib. Gün ərzində Rusiyada koronavirusa yoluxmuş daha 30 905 nəfər sağalıb və bu baxımdan ümumi say 7 412 631 nəfərə çatıb.