Sabiq dövlət başçısı: “BMT yenidən formalaşdırılmalıdır”

“BMT yenidən formalaşdırılmalıdır və qurum üzv dövlətlərin çağırışına cavab verməlidir”.

QİA.AZ” xəbər verir ki, bunu Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri, Latviyanın sabiq Prezidenti Vayra Vike-Freyberqa VIII Qlobal Bakı Forumunda çıxışı zamanı deyib.

O xatırladıb ki, BMT dünyadakı prosesləri nizmalayan qaydalar qəbul edir: “BMT-nin çıxardığı qərarların həyata keçirilməsini gücləndirməliyik. 2011-dən bəri gündəmdə qalan məsələlər yerinə yetirilməyib. Elə bir sistem qurmalıdır ki, dünya bunun ətrafında necə çalışa bildiyini müəyyən etsin. Bu vəzifəni BMT-nin Baş Assambleyası yerinə yeritə bilər. Həmçinin, Ümumdünya Səhiyyə Təşkilatının rolu danılmazdır, lakin praktiki səviyydə işi sual altında qalır. Koronavirus əleyhinə vaskinlər ölkələr arasında ədalətli paylanmır”.

Oxşar Xəbərlər