Binəli Yıldırım: “Bakı forumunun pandemiya dövründə keçirilməsi cəsarətli addımdır”

“VIII Bakı Qlobal Forumunun hazırkı pandemiya dövründə keçirilməsi çox cəsarətli addımdır”.

QİA.AZ” xəbər verir ki, bunu forumda söylədiyi nitqdə Türkiyənin sabiq baş naziri Binəli Yıldırım bildirib.

“Çoxlu iştirakçı olması hamımızın həyatını zəhərləyən bu pandemiyaya tezliklə son qoymaq arzusunu büruzə verir” – deyən keçmiş nazir forum üçün seçilmiş “COVID-19-dan sonrakı dünya” mövzusunun çox aktual olduğunu dilə gətirib: “Bu xəstəlik göstərdi ki, heç bir ölkə təkbaşına təhlükəsiz ola bilməz. Dünyanın təhlükəsizliyi bütün regionların, insanların təhlükəsizliyinə bağlıdır”.

Türkiyənin pandemiyaya qarşı mübarizədə qabaqcıl mövqelərə çıxdığını qeyd edən natiqin fikrincə, bunun səbəbi son 20 ildə səhiyyə sisteminə, infrastruktura külli miqdarda sərmayə yatırımlarıdır.

Oxşar Xəbərlər