Naxçıvanın Bakıdakı daimi nümayəndəliyində 8 Noyabr-Zəfər Günü münasibətilə tədbir keçirilib – FOTO

Noy5,2021

Bakı şəhərində Naxçıvan Muxtar Respublikasının Daimi Nümayəndəliyində 8 Noyabr-ZƏFƏR GÜNÜ münasibətilə tədbir keçirilib.

5 noyabr 2021-ci il tarixində Bakı şəhərində Naxçıvan Muxtar Respublikasının daimi nümayəndəliyin rəhbəri Bəxtiyar Əsgərov əvvəlcə Fəxri Xiyabana gələrək, müasir müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı, görkəmli dövlət xadimi Heydər Əliyevin məzarını ziyarət edib, nümayəndəliyin kollektivi adından ulu öndərin məzarı önünə gül-çiçək dəstələri qoyub, dahi şəxsiyyətə hörmət və ehtiramlarını bildirib. Görkəmli aftolmoloq alim Zərifə xanım Əliyevanın məzarı da ziyarət edilib, məzarüstü abidəsi önünə güllər qoyulub, əziz xatirəsi anılıb. Daha sonra Bəxtiyar Əsgərov Şəhidlər Xiyabanına gələrək daimi nümayəndəliyin kollektivi adından Vətən müharibəsində şəhid olmuş vətən övladlarının məzarına güllər qoyub, torpaqlarımız uğrunda canını fəda etmiş bütün şəhidlərimizin xatirəsini ehtiramla yad edib.Tədbir iştirakçıları ümummilli lider Heydər Əliyevin, vətənimiz Azərbaycanın müstəqilliyi, suverenliyi, torpaqlarımız bütövlüyü uğrunda şəhid olmuş bütün vətən övladlarının əziz xatirəsini bir dəqiqəlik sükutla yad edərək dahi liderə və şəhidlərimizə dərin hörmət və sonsuz ehtiramlarını bildiriblər.Tədbiri açan daimi nümayəndəliyin rəhbəri Bəxtiyar Əsgərov qeyd etdi ki; “Bu gün bütün Azərbaycan xalqı, dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımız, bütün türk dünyası, eləcə də, dünyada yaşayan qardaş və dost xalqlar bu tarixi günü, əlamətdar günü- müstəqil Azərbaycan tarixinin qəhrəmanlıq səhifəsinə qızıl hərflərlə yazılan Zəfər Gününü böyük şövqlə, görünməmiş sevinc göz yaşıyla, təntənə ilə qeyd edir. 2020-ci ilin Noyabrın 8-də 30 ilə yaxın doğma torpaq, vətən həsrətindən sonra qədim tarixə və yüksək bəşəri dəyərlərə malik Azərbaycan xalqı üçün müstəsna əhəmiyyət kəsb edən və “Qeyrət qalası” kimi rəmzi adı özündə daşıyan doğma, əziz Şuşa şəhərimiz mübariz sərkərdə, Silahlı Qüvvələrimizin Ali Baş Komandanı, Prezident cənab İlham Əliyevin rəhbərliyi sayəsində, Şəhidlərimizin, Qazilərimizin müqəddəs qanı və canı bahasına mənfur erməni işğalçılarından azad edilmişdir. İlk növbədə onu deyim ki, doğma Qarabağın tacı olan Şuşa şəhərinin qəhrəman vətən övladlarımız tərəfindən düşməndən azad edilməsi dünya hərb tarixində müqyisəsiz, unikal hərbi əməliyyat kimi həmişə yazılacaq və öyrəniləcəkdir. Müstəqil Azərbaycanın hərbi və hərbi sənaye sahələrində əldə etdiyi nailiyyətlər, qazandığı qələbələr, xüsusilə, Vətən müharibəsində Şuşanın düşmən işğalından qurtarılması təkcə 2-ci Qarabağ müharibəsinin deyil, bütövlükdə, xalqımızın taleyində həlledici rol oynamışdır. Bütün bunlar tarixən süfrəmizin artığı ilə yaşamış, sonradan xalqımıza və insanlığa xəyanət etmiş qonşu Ermənistanın Azərbaycanla müharibədə öz məğlubiyyətini etiraf etməsi və kapitulyasiyası ilə nəticələnmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2020-ci il 3 dekabr tarixli Sərancamı ilə xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilən, dövlətimizin nüfuzu və gələcək inkişafı baxımından müstəsna əhəmiyyət kəsb edən bu misilsiz qələbənin əbədiləşdirilməsi məqsədilə hər il noyabrın 8-nin Azərbaycan Respublikasında Zəfər Günü kimi təntənəli şəkildə qeyd edilməsi qərara alınmışdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 3 dekabr tarixli digər Sərancamı ilə isə Azərbaycan xalqının Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı möhtəşəm tarixi zəfərin nümayiş etdirilməsi, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə Bakı şəhərində Vətən müharibəsi memorial kompleksi və Zəfər muzeyinin yaradılması qərara alınmışdır.”

Oxşar Xəbərlər