Gəncə Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Rəşad Musayevin cinayət işi üzrə hazırlıq iclası başlayıb.
“QİA.AZ“ın xəbərinə görə, hakim Elmin Rüstəmovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmənin növbəti iclası noyabrın 17-nə təyin olunub.
Qeyd edək ki, hadisə bu il iyunun 28-i saat 01:00 radələrində Bərdə rayon, İmirli kəndində qeydə alınıb.
Belə ki, kənd sakini R.Musayevlə həmkəndlisi Toğrul Abdullayev arasında şəxsi münasibətlər zəmnində mübahisə yaranıb. Bu zaman o, məişət təyinatlı qayçı ilə T.Abdullayevin sol döş qəfəsi nahiyəsinə xəsarət yetirib. Xəstəxanaya aparılan yaralı orada ölüb.
Faktla bağlı Bərdə Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
R.Musayev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.