Gəncədə küçədə 2 aylıq uşaq tapılıb

Gəncə şəhərində iki aylıq qız uşağı küçəyə atılıb.

“QİA.AZ”ın məlumatına görə, körpə yerli vətəndaşlar tərəfindən tapılıb və 2 saylı Birləşmiş Uşaq Xəstəxanasına aparılıb.

Müayinə olunan körpəni hazırda vəziyyəti normaldır. O, suni qida alır, hər hansı bir xəstəliyi yoxdur. Körpənin çəkisi 4 kq-dan artıqdır, boyu 58 santimetrdir.

Faktla bağlı araşdırmalara başlanılıb.

Oxşar Xəbərlər