İqtisadiyyat Nazirliyinə məxsus “Sumqayıt Kimya Sənaye Parkı” MMC Sumqayıt, Pirallahı və Ağdamdakı sənaye parkları, eləcə də Yevlax rayonunda pilot layihə kimi yaradılacaq aqropark üçün layihə-smeta sənədlərinin hazırlanması ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.
“QİA.AZ” dövlət dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, tenderin qalibi “Azin Construction” MMC-dir.
Qalib şirkətə 965 599 manat ödəniləcək.