Qazaxıstan Futbol Federasiyası dövlət və onun müvafiq strukturları hesabına maliyyələşmədən imtina edib.
“QİA.AZ“ın məlumatına görə, bu barədə federasiyanın baş katibi Azamat Aytxojin qurumun rəsmi saytına açıqlama verib.
O bildirib ki, bu qərar 2022-ci il dünya çempionatının seçmə mərhələsində Fransa yığmasına 0:8 hesabı ilə uduzduqları oyundan sonra qəbul olunub: “Federasiya UEFA-nın vəsaiti hesabına maliyyələşəcək. Həmçinin buraya sponsor gəlirləri cəlb olunacaq”.
Qeyd edək ki, seçmə mərhələdə 3 xal toplayan Qazaxıstan millisi D qrupunu sonuncu pillədə başa vurub.