Çin Xarici İşlər Nazirliyi Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Soçi görüşü barədə bəyanat verib

Çin regional sülh və sabitliyin dəstəklənməsi üzrə Rusiyanın səylərini alqışlayır.

Bunu Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Çjao Litszyan Azərbaycan, Rusiya və Ermənistan liderlərinin ötən həftə Soçidə keçirilmiş üçtərəfli görüşünü şərh edərkən deyib.

“Çin ümid edir ki, tərəflər fikir ayrılıqlarını və ziddiyyətləri dialoq və məsləhətləşmələr yolu ilə tənzimləyəcək, birlikdə regional sülhü və sabitliyi dəstəkləyəcək”, – deyə çinli diplomat bildirib.

Oxşar Xəbərlər