Moskvada son sutka ərzində koronavirusdan 73 nəfər dünyasını dəyişib.
“QİA.AZ” “TASS”a istinadən xəbər verir ki, bu barədə paytaxtda yaradılmış Operativ Qərargah məlumat yayıb.
Bildirilir ki, yeni növ virusdan ölənlərin sayı 8 082 nəfərə çatıb.
Qeyd edək ki, Moskvada indiyədək ümumilikdə 526 630 nəfər koronavirus infeksiyasına yoluxub, onlardan 382 634 nəfər müalicə olunaraq sağalıb.