Yeni doğulan uşaqara gülünc, şəxsi mənafeyə xələl gətirən adların qoyulmasına qadağa qoyulub.
Bunu Ədliyyə Nazirliyinin Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətinin rəisi Reyhanə Kərimova deyib.
“Bu gün belə adların qoyulmasına məhdudiyyət tətbiq edildiyi üçün statistika aparılmır.
Bu, dünya praktikasında da belədir. Lakin il ərzində doğulan uşaqlara ən çox qoyulan adlar barədə məlumat var. Belə ki, oğlan uşaqlarına daha çox Əli, Uğur, Yusif, Məhəmməd, qız uşaqlarına isə daha çox Zəhra, Aylin, Məryəm, Fatimə adları verilib” – R. Kərimova deyib.