Avropa İttifaqı (Aİ) ölkələri ilə müqayisədə Türkiyə qoyun və keçilərin sayına görə birinci yerə yüksəlib.
QİA.AZ Anadolu agentliyinə istinadən xəbər verir ki, Avropa Statistika İdarəsinin (Eurostat) və Türkiyə Statistika Təşkilatının (TÜİK) məlumatlarına görə, 2020-ci ildə Türkiyədə həm xırdabuynuzlu, həm də iribuynuzlu heyvanların sayı Aİ ölkələrini keçib.
Məlumatlara görə, Avropa ölkələrində keçən il ümumi mal-qaranın sayı 76 milyon 462 min baş olub. Heyvandarlıqda AB ölkələri arasında ilk yeri 17 milyon 789 min ilə Fransa, 11 milyon 301 min ilə Almaniya, 6 milyon 636 min ilə İspaniya, 6 milyon 529 min ilə İrlandiya və 6 milyon 400 min ilə İtaliya tutub. Sözügedən dövrdə Türkiyədə mal-qaranın sayı 18 milyon 158 min baş olaraq təyin olunub.
Beləcə, Avropa İttifaqına üzv ölkələrlə müqayisədə Türkiyə mal-qara baxımından Fransanı geridə qoyaraq birinci yeri tutub.
Türkiyədə qoyun və keçilərin ümumi sayının 54 milyon 113 min olduğu qeyd edilir. Bunun 42 milyon 127 mini qoyundur.