Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov İraqın şimalında 3 türk hərbçisinin şəhid olması ilə bağlı Türkiyəyə başsağlığı verib.
QİA.AZ xəbər verir ki, bununla bağlı Müdafiə Nazirliyinin “Twitter” hesabındakı paylaşımda qeyd edilib.
““Pençe-Yıldırım” əməliyyat zonasında xaincəsinə həyata keçirilən terror hücumu nəticəsində şanlı türk ordusunun 3 hərbi qulluqçusunun şəhid olması xəbəri məni dərindən kədərləndirdi. Sizin acınız bizim də acımızdır! Allah rəhmət eləsin!”, – paylaşımda deyilir.