Dünyada həftə ərzində 4,4 milyon nəfər koronavirusa yoluxub

Dünyada yeddi gün ərzində aşkarlanan koronavirusa yoluxma hallarının sayı əvvəlki həftə ilə müqayisədə 0,3 milyon nəfər artaraq 4,4 milyona çatıb.

QİA.AZ TASS-a istinadən xəbər verir ki, bununla da planetdə xəstələnmə səviyyəsi avqustun sonundakı həddə qayıdıb.

Bununla yanaşı, ölüm halları ciddi şəkildə artmır: son 7 gün ərzində dünyada 53,3 min nəfər ölüb ki, bu da əvvəlki həftə ilə müqayisədə təxminən 1 000 nəfər çoxdur.

Ən çox yoluxma halları (gündə təxminən 110 min nəfər) hələ də ABŞ-da aşkar edilir. Eyni zamanda oktyabr ayında ölkədə aktiv şəkildə azalan infeksiyanın yayılma tempi yenidən artmaqdadır və artıq payızın əvvəlindəki səviyyəyə çatıb.

Fransada son həftə ərzində 330 mindən çox yoluxma hadisəsi aşkar edilib ki, bu da ötən həftə ilə müqayisədə 30% artım deməkdir. Təxminən eyni sayda xəstənin qeydə alındığı Almaniyada isə əksinə, xəstələnmə halları təxminən 25% azalıb.

Böyük Britaniyada oktyabrın sonlarından bugünədək ilk dəfə gündə 50 mindən çox yoluxma hadisəsi aşkarlanıb. Ölkənin Səhiyyə Təhlükəsizliyi Agentliyi hesab edir ki, yeni “omikron” ştamı bir aydan az müddətdə Birləşmiş Krallıqda dominant ola bilər.

Oxşar Xəbərlər