Azərbaycan cüdoçuları Avropa çempionatında mübarizəyə başlayır

Azərbaycan cüdoçuları Avropa çempionatında mübarizəyə başlayır

Bu gün Çexiyanın paytaxtı Praqada cüdo üzrə Avropa çempionatı start götürəcək.

“QİA.AZ”ın məlumatına görə, yarışın ilk günündə Azərbaycanın 6 idmançısı döşək üzərinə çıxacaq.

Kişilərin mübarizəsində 66 kq çəki dərəcəsində Nicat Şıxəlizadə 1/16 finalda Moldova təmsilçisi Vadim Bunesku, Orxan Səfərov isə italiyalı Manuel Lombardo ilə qarşılaşacaq.

Qadınlardan 48 kq-da Aişə Qurbanlı Distria Krasniç (Kosovo), Leyla Əliyeva Katarina Mentsi (Almaniya) məğlub etməyə çalışacaq. Hər iki cüdoçu mübarizəyə 1/8 finaldan start verəcək. 52 kq-da Gültac Məmmədəliyeva 1/8 final görüşündə gürcüstanlı Tetyana Levitska-Şukvani ilə qüvvəsini sınayacaq. 57 kq-da isə Aleksandra-Larisa Florian Niderland idmançısı Sanne Verhagenlə üz-üzə gələcək.

Avropa çempionatı

Kişilər

66 kq

1/16 final. Nicat Şıxəlizadə – Vadim Bunesku (Moldova)
1/16 final. Orxan Səfərov – Manuel Lombardo (İtaliya)

Qadınlar

48 kq

1/8 final. Aişə Qurbanlı – Distria Krasniç (Kosovo)
1/8 final. Leyla Əliyeva – Katarina Ments (Almaniya)

52 kq

1/16 final. Gültac Məmmədəliyeva – Tetyana Levitska-Şukvani (Gürcüstan)

57 kq

1/16 final. Aleksandra-Larisa Florian – Sanne Verhagen (Niderland)

Noyabrın 20-də Rüstəm Orucov, Telman Vəliyev və Murad Fətiyev, noyabrın 21-də isə Məmmədəli Mehdiyev, Zelim Kotsoyev, Elmar Qasımov, Uşangi Kokauri və İrina Kindzerska çıxış edəcək.

Qeyd edək ki, Avropa çempionatında 40 ölkədən 209 kişi və 136 qadın olmaqla, ümumilikdə 345 cüdoçu mübarizə aparacaq.

Oxşar Xəbərlər