Türkiyədə son 24 saat ərzində yeni növ koronavirusdan (COVİD-19) daha 191 nəfər vəfat edib.
Bu barədə Türkiyənin Səhiyyə Nazirliyindən bildiriblər.
Məlumata əsasən, ölkədə koronavirus infeksiyasının müəyyən edilməsi ilə əlaqədar 349 221 nəfər test edilib, 19 255 yeni yoluxma halı qeydə alınıb.
Qeyd edilib ki, ötən gün koronavirusdan 23 180 nəfər sağalıb.