ABŞ-da futbol populyarlıq baxımından buzüstü xokkeyi keçib.
“QİA.AZ“ın məlumatına görə, bu barədə idman jurnalistikası üzrə mütəxəssis Pyer Mayes yerli mətbuata açıqlama verib.
Onun sözlərinə görə, “idmanın şahı” reytinqdə 4-cü pilləyə yüksəlib: “İngiltərə Premyer Liqası ilə ABŞ-ın NBC telekanalı arasında 2 milyard funt sterlinq dəyərində müqavilə futbolun artan populyarlığını əks etdirir. 2026-cı ildə ABŞ, Kanada və Meksikada keçiriləcək dünya çempionatı da bu inkişafa töhfə verə bilər”.
“Ampere Analysis”in araşdırması göstərir ki, ABŞ-da idman həvəskarlarının 49 faizi futbolu televizorda izləməkdən zövq alır. Yerli əhalinin yalnız 37 faizi buzüstü xokkeylə maraqlanır.
Ən populyar idman növlərinin ilk “üçlüy”ünə Amerika futbolu, basketbol və beysbol daxildir.