Braziliya millisinin və Türkiyə “Qalatarasay”ının sabiq futbolçusu Felipe Melonun yeni komandası müəyyənləşib.
“QİA.AZ” xəbər verir ki, 38 yaşlı yarımmüdafiəçi ölkəsinin “Fluminense” klubu ilə anlaşıb.
Rio-de-Janeyro təmsilçisinin prezidenti Mario Bittenkurun sözlərinə görə, artıq təcrübəli oyunçu ilə razılıq əldə olunub. O, rəsmi açıqlamanın dekabrın 13-də veriləcəyini bildirib.
Qeyd edək ki, 2011 – 2016-cı illərdə “Qalatasaray”ın formasını geyinmiş Felipe Melo son olaraq ölkəsinin “Palmeyras” klubunda çıxış edib.