İrəvanda başından güllə yarası almış polis əməkdaşının meyiti aşkarlanıb

Ermənistanın paytaxtı İrəvanda başından güllə yarası almış polis əməkdaşının meyiti aşkarlanıb.

QİA.AZ xəbər verir ki, bu barədə “Shamshyan.com” saytı məlumat yayıb.

Qeyd olunur ki, hadisə ilə bağlı polisin operativ əməliyyat mərkəzinə zəng daxil olub. Asayiş keşikçisinin meyiti Ermənistan Polisinin Dövlət Təhlükəsizliyi Baş İdarəsinin cavabdehlik daşıdığı ərazidə aşkarlanıb.

Faktla bağlı materiallar toplanılır.

Oxşar Xəbərlər