Fərid Qayıbov “Qarabağ”ın bazasını ziyarət edib

Gənclər və İdman Naziri Fərid Qayıbov “Qarabağ” klubunun bazasını ziyarət edib.

QİA.AZ“ın məlumatına görə, klub prezidenti Tahir Gözəl naziri bazada futbolçular üçün yaradılmış şəraitlə tanış edib.

F.Qayıbov çıxışında komandanı Konfrans Liqasında tarixi uğura nail olaraq, pley-off mərhələsinə yüksəlməsi münasibəti ilə təbrik edib, səmimi qarşılanmaya görə minnətdarlığını bildirib.

T.Gözəl qonağa dəvəti qəbul etdiyi və “Qarabağ” barədə xoş sözlər səsləndirdiyi üçün təşəkkür edib.

Oxşar Xəbərlər