Ölkə üzrə COVID-19-a yoluxma statistikası açıqlanıb.
QİA.AZ “koronavirus.info”ya istinadən xəbər verir ki, ən yüksək yoluxma Bakı şəhərinin payına düşür – 49.9 faiz. Abşeronda yoluxma 13.7 faiz, Aranda 13.6 faiz , Gəncə-Qazaxda 8.1 faiz, Şəki-Zaqatalada 3.8 faiz, Quba-Xaçmazda 3.8 faiz, Lənkəranda 2.6 faiz, Dağlıq Şirvanda 2.2 faiz, Yuxarı Qarabağda 1.7 faizdir.
İndiyədək ölkədə ümumilikdə 604 998 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 577 135 nəfər müalicə olunaraq sağalıb, 8 104 nəfər vəfat edib, aktiv xəstə sayı 19 759 nəfərdir.