İndiki mərhələdə biz Azərbaycandan Ermənistan ərazisi vasitəsilə Naxçıvana dəmir yolu əlaqəsi və avtomobil yolunun tikintisi ilə bağlı razılığa gəlmişik, lakin yolun dəqiq marşrutu hələ müəyyən edilməyib.
QİA.AZ xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 14-də Brüsseldə NATO-nun baş katibi Yens Stoltenberqlə birgə mətbuat konfransı zamanı deyib.
“Bu, gələcək müzakirə mövzusudur”, – dövlət başçısı bildirib.