Rusiyada koronavirusun “omikron” ştammına yoluxanların sayı 25 nəfərə çatıb.
QİA.AZ-ın məlumatına görə, bunu Rusiya baş nazirinin müavini Tatyana Qolikova deyib.
Onun sözlərinə görə, yeni ştamma yoluxmalar Moskva, Sankt-Peterburq və Rostovda qeydə alınıb.
Nazir müavini əlavə edib ki, “omikron”a yoluxmanın yayılmasının qarşısını almaq çətin olacaq.
Xatırladaq ki, ÜST noyabrın 26-da Afrikanın cənubunda aşkar edilmiş koronavirusun B.1.1.529 ştammını “narahatlıq doğuran variant” adlandırmış və “omikron” adını vermişdi.
Bu günədək yeni ştamm 77 ölkədə qeydə alınıb.