Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün ərzində törədilmiş 33 cinayətin üstü “isti izlər”lə açılıb.Daxili İşlər Nazirliyindən QİA.AZ-a verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 11 cinayətin açılması təmin olunub.Axtarışda olduğuna görə ümumilikdə 80 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 68 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Respublikanın avtomobil yollarında 1 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb.Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 11, qanunsuz saxlanılan silah-sursatla bağlı 20 fakt müəyyən edilib.Cinayət törətməkdə şübhəli bilinən 34 nəfər saxlanılıb.