Ermənistanda gündəlik tələbat və ərzaq məhsulları bahalaşır.
“QİA.AZ” xəbər verir ki, bunu “Joxovurd” qəzeti yazıb.
Bildirilib ki, Ermənistanda bu il yanvar-sentyabr aylarında ət və ət məhsullarının istehsalı artsa da, qiyməti artıb.
Məlumata görə, hesabat dövründə donuz ətinin istehsalı 10,1 faiz azalıb. Bundan başqa, bu ilin ilk 9 ayında kolbasa istehsalında da 2,2 faiz azalma müşahidə olunub. Erməni ekspertlərin fikirincə, istehlakçıların sayı azalıb.
Bu statistika sentyabrın 27-dən əvvəlki dövrə aiddir. Ekspertlər bildirib ki, yaxın zamanlarda qiymətlərin bahalaşması yalnız ət və ət məhsullarında deyil, başqa mallarda da müşahidə olunacaq.