Milli Məclisin iclasında deputat Qüdrət Həsənquliyev Azərbaycanda kazinoların açılmasına icazə verilməsini təklif edib.
QİA.AZ Oxu.Az-ın məlumatına istinadən xəbər verir ki, Q.Həsənquliyev bildirib ki, kazinoların açılması həmin ərazilərə turist cəlbinə səbəb olacaq.
“Biz Azərbaycanda kazinolar aça bilərik. Məsələn, Qarabağda, Şərqi Zəngəzurda kazinolar aça və bununla turist cəlb edə bilərik”, – deyə deputat əlavə edib.