Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Almaniya kansleri Olaf Şolz ilə telefon danışığı olub.
Bu barədə “QİA.AZ” “Anadolu” agentliyinə istinadən xəbər verir.
Türkiyə Prezident Administrasiyasından verilən məlumata görə, görüşdə Türkiyə-Almaniya əlaqələrinin yaxşılaşdırılması istiqamətində atılan addımlar və regional məsələlər müzakirə edilib.
Ərdoğan Almaniya kansleri Şolzu andiçmə mərasimi münasibətilə təbrik edib.
Yeni dövrdə iki ölkə arasında sağlam düşüncə və strateji baxışın hökmranlıq edəcəyinə inandığını ifadə edən Ərdoğan, yaxın koordinasiya və müntəzəm təmasların faydalı olacağını vurğulayıb.