İngiltərənin “Çelsi” klubunun baş məşqçisi Tomas Tuxel koronavirusla bağlı vəziyyətin gündəlik işə necə təsir etməsindən danışıb.
“QİA.AZ” London təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 48 yaşlı mütəxəssis hər gün test verdiklərini bildirib.
Almaniyalı baş məşqçi yalnız bundan sonra binaya buraxıldıqlarını söyləyib: “Bu, lotereyadır. İşə gedirsən, amma ofisə girib-girməyəcəyini bilmirsən. Bu, yaxşıdır. Çünki ən azı bir gün təhlükəsizliyə zəmanət verir və ertəsi gün yenidən test verirsiniz. Ancaq kimin nəticəsinin müsbət olacağını heç vaxt bilmirsiniz. Bu da lotereyadır”.
Tuxel klub akademiyasının yetirməsi Lüis Beykerin testinin müsbət çıxdığını sözlərinə əlavə edib.