Naxçıvan Muxtar Respublikasında yerli icra hakimiyyəti orqanlarının tabeliyində olan dövlət məktəbəqədər təhsil müəssisələri Naxçıvanın Təhsil Nazirliyinin tabeliyinə verilib.
“QİA.AZ“ın xəbərinə görə, bu barədə Ali Məclisin Sədri Vasif Talıbov sərəncam imzalayıb.
Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.