Kənd təsərrüfatında sığortalanan bitki və heyvan növlərinin sayı artırılıb

Kənd təsərrüfatında sığortalanan bitki və heyvan növlərinin sayı artırılıb.

QİA.AZ xəbər verir ki, Nazirlər Kabinetinin 398 nömrəli Qərarına dair izahına əsasən, Qərarda günəbaxan, soya, yonca, noxud, yaşıl noxud, alça, albalı, alma, armud, çiyələk, ərik, gavalı, gilas, heyva, xurma, nar, şaftalı, zeytun, badam, qoz, soğan, kələm, qarpız, yemiş (qovun), pomidor, sarımsaq, darı bitkilərinin, həmçinin xırdabuynuzlu və ətlik istiqmətli iribuynuzlu heyvanların aqrar sığortanın predmetinin tərkibinə əlavə edilməsi nəzərdə tutulmuşdur.

Belə ki, müvafiq dəyişikliklə kənd təsərrüfatı bitkiləri və bitkiçilik məhsulları üzrə sığortalanan bitkilərin sayının 14 növdən 41 növədək artırılmasına, kənd təsərrüfatı məqsədilə yetişdirilən heyvanlar üzrə isə yalnız südlük istiqamətli iribuynuzlu heyvanlar deyil, xırdabuynuzlu və ətlik istiqamətli iribuynuzlu heyvanların da aqrar sığorta sistemi çərçivəsində sığortalanmasına imkan yaranacaqdır.

Oxşar Xəbərlər